Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Həyat yoldaşım “ArmPost” tarixində ən aşağı maaş alır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanda hakim “Mülki Müqavilə” Partiyasından boş qalan vəzifəyə namizəd olan millət vəkili Hayk Koncoryan 3 avqustda Ermənistan parlamentinin iclasında vitse-spikerlərin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirib.
O, müxalifətdəki “Ermənistan” blokunun üzvü, millət vəkili Aqnessa Xamoyanın onun həyat yoldaşının maaşı ilə bağlı sualını cavablandırıb.
Millət vəkilinin sözlərinə görə, həyat yoldaşı şirkətdə beş ildən çoxdur işləyir. Bu, o deməkdir ki, o, “ArmPost”-a rəhbərlik etmək vəzifəsini bir gecədə tutmayıb.
"Mətbuat gərək Hayk Koncoryanın həyat yoldaşının filan qədər astronomik maaş alması barədə başlıq yazmazdı, əksinə, Hayk Koncoryanın həyat yoldaşının “ArmPost” tarixində ən aşağı maaş alan direktor olması barədə başlıq verərdi", - millət vəkili bildirib.
O, həmçinin mətbuat üçün fərqli bir başlıq təklif etdi:
"Məsələn: “Aqnessa Xamoyan parlament üzvü kimi nə qədər vergi ödəyicisinin pulunu xərcləyib?"
Xatırladaq ki, Şuşan Aleksanyanın (Hayk Konjoryanın həyat yoldaşı – red.) Korrupsiyanın Qarşısının Alınması üzrə Komissiyaya təqdim etdiyi bəyannaməyə görə, onun bu vəzifədəki illik maaşı 118.000 dolları keçir.
Beləliklə, Ermənistanın hakim partiyasının üzvünün həyat yoldaşı dövlət şirkətində ayda 3,6 milyon dramdan çox qazanır ki, bu da təxminən 10.000 dollardır.
Eyni zamanda, “ArmPost”-un 2025-ci il üzrə illik hesabatına görə, şirkətin mövqeyi ötən il bir sıra maliyyə göstəriciləri üzrə pisləşib. Amma bu rəqəmlər deputatın arvadının maaşına təsir etməyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin