Deputatın başına gələnlər hər kəsi təəccübləndirdi 13 saat tualetdə qaldı

17.09.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Belçikada deputat parlament binasındakı tualetin qapısının kilidi xarab olduğu üçün təxminən 13 saat içəridə köməksiz vəziyyətdə qalıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Brüsseldəki Flamand Parlamentində baş verib. Vlaams Belang partiyasının 58 yaşlı deputatı Frederik Erens tualetə daxil olduqdan sonra qapının kilidinin sıradan çıxması səbəbindən oradan çıxa bilməyib.

Məlumata görə, deputat uzun müddət içəridə qaldıqdan sonra kömək çağırıb. Hadisə ilə bağlı təcili yardım qrupları parlament binasına gəlib. pizza hut

Xilasedicilər nasaz kilidi aça bilmədikləri üçün qapını ling vasitəsilə sındıraraq deputatı çıxarıblar.

Təxminən 13 saat qapalı məkanda qalan Erens xilas edildikdən sonra nəfəs almaqda çətinlik çəkib. Buna görə də o, Brüsseldəki Saint-Jean xəstəxanasına aparılıb.

Deputatın səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Frederik Erens 2024-cü ildə Flamand Brabant bölgəsindən Flamand Parlamentinə seçilib. O, parlamentdə Nəqliyyat və İctimai İşlər, eləcə də Xarici Siyasət komitələrində fəaliyyət göstərir. Erens eyni zamanda Keerbergen Bələdiyyə Şurasının üzvüdür.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью