Deputatın ələ keçirilən Telegram hesabı bərpa olundu

16.07.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Milli Məclisin deputatı Şahin Seyidzadə ələ keçirilən "Telegram" hesabı bərpa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili özü açıqlama yayıb.
"Hörmətli dostlar və həmkarlar! Şəxsi "Telegram" hesabım artıq bərpa olunub. Aparılan ilkin diaqnostika nəticəsində bu günə qədər icazəsiz göndərilən mesajlara hər hansı şəxsin reaksiya verməsi və ya bunun nəticəsində zərər görməsi ilə bağlı heç bir fakt aşkar edilməyib. Əgər göndərilən həmin mesajlar sizə hər hansı narahatlıq və ya çətinlik yaradıbsa, xahiş edrəm, bu barədə mənə məlumat verəsiniz. Anlayışınıza və dəstəyinizə görə hər birinizə təşəkkür edirəm!"
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью