Deputatın maşınını polisin üzərinə sürdülər VİDEO KONKRET

02.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

CHP-nin Ankara millət vəkili Adnan Bekerin sürücüsü “saxla” xəbərdarlığına tabe olmayıb və avtomobilini polis əməkdaşının üzərinə sürüb.

KONKRET.az unikal.az-a istinadən xəbər verir ki,  bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisə Ankaranın Altındağ rayonunda baş verib. Belə ki,  polis Cümhuriyyət prospekti nəqliyyata bağlandığı üçün CHP millət vəkili Adnan Bekerə məxsus maşını saxlamaq istəyib.

Lakin nəqliyyat vasitəsinin sürücüsü “saxla” xəbərdarlığına tabe olmayıb və avtomobili polis əməkdaşının üzərinə sürüb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb və avtomobili onun üzərinə sürən sürücüdən şikayətçi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью