DEPUTATIN OĞLU, Milli Depozit Mərkəzi, ASAN XİDMƏT... Vətəndaşı hansı aldadıb? | Icma.az
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"2017-ci ilin iyun ayının 30-da Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay almışam.
Səhmdar Cəmiyyətin təxminən 80 faizi S.Mehdiyevdə olub. 80 faizin 25 faizini mən tam qanuni yolla Gəncə ASAN Xidmət 1-də alqı-satqı edərək ə
Ancaq indiyə qədər Milli Depozit Mərkəzi mənim alqı-satqımı tanımır.
Mərkəzin süründürməçiliyi səbəbindən mənim paylarım da daxil ərazilər deputat Ülvi Quliyevin oğluna hansısa yollarla satılıb, ərazidə müəssisə də tikilib, artıq istehsalat da başlayıb".
Mia.az xəbər verir ki, bu sözləri Tribunainfo.az-a Goranboy rayonunda yerləşən “Qazanbulaq Mədəni Məişət” ASC-nin təsisçisi Mehdiyev Sahib Xosrov oğlundan rəsmi qaydada 25 faiz pay alan Qurbanlı Ramin Qurbanlı oğlu bildirib.
O qeyd edib ki, Milli Depozit Mərkəzinin müqavilədə səhv hesab etdiyi bütün hissələri düzəldib, ancaq mərkəz qane olmur və yeni bəhanələr yaradır: “Alqı-satqıdan sonra mən Kərimov Vaqif Şahmalı oğluna etibarnamə vermişəm və o, Bakıya Milli Depozit Mərkəzinə gedib.
Mərkəzdə ona deyiblər ki, alqı-satqı müqaviləsində bəzi sözlər düzgün yazılmayıb.
Tam oxu
Xəbəri oxu