Deputatın övladları həbs olundu

29.01.2026

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Soçinin Mərkəzi Rayon Məhkəməsi Krasnodar diyarından Dövlət Dumasının deputatı Andrey Doroşenkonun övladları barəsində həbs-qətimkan tədbiri seçib.

Gununsesi.info xəbər verir ki, regional məhkəmələrin birgə mətbuat xidmətinin məlumatına görə, deputatın 24 yaşlı qızı Milana Doroşenko və 30 yaşlı oğlu Eldar Doroşenko barəsində istintaq müddətində həbs qərarı verilib.

Qardaş və bacıya dələduzluqda ittiham olunur. Qeyd olunur ki, Milana və Eldar Doroşenko avtomobil yollarının tikintisi zamanı ayrılan pulları mənimsəməyiblər.

Qeyd olunur ki, deputatın hər iki övladı “Arma-Layn” və PKF DTK şirkətlərində 50 faiz paya malikdir. PKF DTK Krasnodarın Qərb dolama yolunun yenidən qurulması üzrə podratçı şirkət olub. Layihənin dəyəri təxminən 2,5 milyard rubl olaraq qiymətləndirilir.

Bundan əlavə, Milana Doroşenkonun adına Krasnodar diyarında avtomobil yollarının saxlanılması üzrə ümumi dəyəri 184 milyon rubl olan dövlət müqavilələri icra etmiş “Severskoye DRSU” MMC də qeydiyyatdan keçib. (Unikal.az)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью