Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Naxçıvan-Ordubad magistral yolunun Aşağı Əylis kəndindən keçən hissəsində baş verən qəza ilə bağlı cinayət işi başlanılıb.
Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, hadisə zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib, 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
Xatırladaq ki, xəsarət alan Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.