Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

20.11.2024

Icma.az bildirir, Tribuna portalına istinadən.

Milli Məclisin deputatı Elnarə Akimovanın istifadəsində olan mobil telefon nömrəsinin “Zengimcell”i diqqət çəkib.

Pravda.az-ın məlumatına görə, deputatın “Nar” nömrəsinə zəng edənlər “Balansınız bitmişdir, artırın” “Zengimcell”ini dinləyərək balanslarının bitdiyini zənn edirlər.

Məsələni aydınlaşdırmaq üçün Elnarə Akimovanın mobil nömrəsi ilə əlaqə saxladıq, məlumatın doğru olduğu aydınlaşdı. Deputat isə zəngə cavab verməyib.

Qeyd: Milli Məclisin VII çağırış deputatı Elnarə Seydulla qızı Akimova 46 saylı Sumqayıt beşinci seçki dairəsini təmsil edir. Milli Məclisin Elm və Təhsil, Mədəniyyət komitələrinin üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью