Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının deputatı Andrey Doroşenkonun oğlu Eldar və qızı Milanaya qarşı cinayət işi açılıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasında yayılan məlumata görə, hələ yanvar ayında onlar mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə böyük miqyasda törədilmiş dələduzluq işi üzrə təqsirləndirilən şəxslərə çevriliblər. TASS-ın məlumatına görə, deputatın övladlarının hər ikisinə dair Krasnodar Vilayət Məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb.
Agentlik qeyd edir ki, cinayət işinin təfərrüatları istintaqın maraqları naminə məxfi saxlanılır. Lakin məlumdur ki, hakim “Vahid Rusiya” partiyasından deputat olan Doroşenko 2012-ci ildən Krasnodar diyarı parlamentinə, 2021-ci ildə isə Dövlət Dumasına seçilib. 2002-ci ildən 2021-ci ilə qədər deputat həmçinin yol tikintisi üzrə ixtisaslaşmış iri şirkətin direktoru olub.
Doroşenkonun Dövlət Dumasına keçməsindən sonra şirkətin 49 faizi qızı Milananın, 49 faizi də oğlunun adına keçirilib. 2021-ci ildən 2025-ci ilə qədər isə bu şirkət Krasnodar diyarının Nəqliyyat və Yol Nazirliyindən ümumi dəyəri 23,7 milyard rubldan çox olan sifarişlər alıb. Medianın yazdığına görə, bu zaman korrupsiyaya yol verilib və deputat öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Hazırda onun övladlarının həbsi də məhz bununla bağlıdır.
“AzPolitika.info”