Deputatlar bir birilə evləndilər Parlamentdə bir ilk

24.06.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının sədr müavini Murat Emir ilə CHP-nin İstanbuldan millət vəkili Evrim Rızvanoğlu ailə həyatı qurub.

Modern.az xəbər verir ki, iki siyasətçinin nikahı Türkiyə Böyük Millət Məclisinin tarixində bir ilk kimi qiymətləndirilir.

Belə ki, ilk dəfə olaraq parlamentdə fəaliyyət göstərən iki deputat evlənərək ailə qurub. Nikah mərasimi siyasi dairələrdə və ictimaiyyətdə maraqla qarşılanıb.

Qeyd edək ki, Murat Emir CHP-nin parlamentdəki fraksiyasının sədr müavinlərindən biridir. Evrim Rızvanoğlu isə CHP-ni İstanbuldan millət vəkili kimi təmsil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью