Deputatlar BMT ilə Anlaşma Memorandumunu təsdiqlədi

13.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin bugünkü plenar iclasında Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

“Cebheinfo.az” xəbər verir ki, qanun layihəsini Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib.

Müzakirələr zamanı Azərbaycanın bu istiqamətdə gördüyü işlər, paytaxtda keçirilən beynəlxalq iqlim layihələrinə diqqət çəkilib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью