Icma.az bildirir, Modern.az saytına əsaslanaraq. Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Gündəliyə daxil edilən məsələlərdən biri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsidir.
Layihədə sözügedən qanunda əmək pensiyasının minimum məbləğinin dəyişdirilməsi nəzərdə tutulub.
Qanunun 6.1-ci maddəsinə görə, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur.
Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.
Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir.
Dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.