Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rafael Hüseynov və deputat Elnarə Akimova Özbəkistanda tədbirlərdə iştirak edəcəklər
Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Elnarə Akimova aprelin 5-də Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər. AYNA.AZ xəbər verir ki, deputatlar səfər zamanı “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” beynəlxalq konfransında, “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik konfransda və bir sıra mədəni-maarifləndirici və elmi tədbirlərdə iştirak edəcəklər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami adına Özbəkistan Milli Pedaqoji Universiteti, Daşkənd Dövlət Şərqşünasliq Universiteti və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə türk xalqlarının tarixinə və ədəbiyyatına dair məruzələr dinləniləcək, müzakirələr aparılacaq.