Deputatlar İndoneziyaya gedəcəklər

08.05.2025

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov və nümayəndə heyəti rəhbərinin müavini deputat Ceyhun Məmmədov mayın 11-də İndoneziya Respublikasının Cakarta şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində deputatlar İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 19-cu plenar iclasına qatılacaqlar.
Səfər mayın 15-də başa çatacaq.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью