Deputatlar Lefkoşaya gedir

27.05.2025

Icma.az, Modern.az saytına istinadən bildirir.

Milli Məclisin deputatları Tamam Cəfərova və  Gülşən Paşayeva mayın 28-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, səfərdə deputatlar TÜRKPA-nın və Şimali Kipr Türk Respublikası Məclisinin birgə təşkilatçılığı ilə “Təhsil, mədəniyyət və sahibkarlıq” mövzusunda keçiriləcək Türk Qadın Parlamentarilərin Birinci Zirvə Toplantısında iştirak edəcəklər.

Qeyd edək ki, səfər mayın 31-də başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью