Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15.11.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin deputatları Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

Modern.az-ın məlumatına görə, deputatlar - Anar İsgəndərov, Məşhur Məmmədov, Rəşad Mahmudov, Fariz İsmayılzadə və Vasif Qafarovla Astara rayonunun Əzərud kəndində Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Xatırladaq ki, noyabrın 7-də Prezident İlham Əliyevin sərəncamı ilə Aprel döyüşlərində şəhid olan Pəncəli Teymurova Milli Qəhrəman adı verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью