Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Nizami Səfərov noyabrın 14-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində deputatlar dünyanın müxtəlif ölkələrindən 60-dan çox siyasi partiyanın nümayəndələrinin qatılacağı “Millətlərin azadlığı uğrunda!” Hərəkatın Baş Assambleyasında iştirak edəcəklər.
Deputatlar tədbirdə müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, müasir neokolonializmə qarşı mübarizə barədə fikirlərini açıqlayacaqlar.
Süleyman