Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ramid Namazov və heyətin üzvü Samir Vəliyev qurumun 72-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 19-da Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, deputatlarımız illik sessiya çərçivəsində NATO PA-nın plenar iclasında və Siyasi, Demokratiya və təhlükəsizlik, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclaslarında iştirak edəcəklər.
Səfər noyabrın 24-də başa çatacaq.
Süleyman