Deputatlar Özbəkistana səfər edəcək

12.08.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və parlamentin deputatı Vüqar Rəhimzadə avqustun 13-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, səfər zamanı deputatlarımız “Müstəqil Özbəkistan – inkişaf yolunun 35 ili: islahatlar, nəticələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.
Tədbir çərçivəsində millət vəkilləri, həmçinin İslam Sivilizasiyası Mərkəzində Özbəkistanın tarixi, mədəni və elmi irsinin qorunması, öyrənilməsi və təbliğinə həsr olunmuş təqdimatla tanış olacaq, Səmərqəndin tarixi və mədəni abidələrini ziyarət edəcəklər.
Səfər avqustun 16-da başa çatacaq.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью