Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu həm də qanunvericilik bazasının təkmilləşdirilməsində daha doğru qərarların qəbul olunmasına töhfə verə bilərMilli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyası üçün iş planı müəyyənləşib.
İş planına əsasən deputatlar yaz sessiyası müddətində işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə tanış olacaq.
Aqrar sahədə əldə olunan nəticələri təbliğ edəcəklər.Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Azər Badamov deyib ki, işğaldan azad olunmuş ərazilər sürətlə yenidən qurulub bərpa olunur.
Yeni yaşayış məntəqələri ərsəyə gəlir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar: “O cümlədən yeni müəssisələr açılır və işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı, ölkə iqtisadiyyatına reinteqrasiya olunması prosesi davam edir.
İşğaldan azad olunmuş ərazilər əsasən aqrar təyinatlı torpaqlardır.
İşğala qədər bu ərazilərin aqrar potensialı respublikanın iqtisadiyyatında həlledici rol oynayıb.
Bu gün artıq torpaqlarımız azaddır və həmin torpaqlarda həm də kənd təsərrüfatı müəssisələri açılır.