Deputatlar toplanır: səfərbərlik və hərbi xidmətlə bağlı müzakirə | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəmiyyətdə hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı müxtəlif suallar var.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.
“Eyni zamanda qəbul edilmiş qanunlarda da müəyyən aydınlıq gətirmək üçün hərbi səfərbərlik və hərbi xidmətkeçmə haqqında ictimai dinləmənin keçirilməsinə ehtiyac var.
Belə bir dinləmənin keçirilməsi zəruridir”, – deyə Arzu Nağıyev bildirib.
X X X Milli Məclisdə hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmə keçiriləcək.
Globalinfo.az bildirir ki, bu, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-cı il yaz sessiyası üçün İş planında əksini tapıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu