Icma.az bildirir, Modern.az portalına istinadən.
Milli Məclisin deputatları bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda tədbirdə iştirak ediblər.
Modern.az xəbər verir ki, tədbirdə Türk dünyası ölkələri arasında əlaqələrin inkişafı, ortaq dəyərlərin qorunması və gələcəyə dair vahid baxışın formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Eyni zamanda, kommunikasiya və media sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Azərbaycan nümayəndə heyəti tədbir çərçivəsində keçirilən müzakirələrdə iştirak edib, türk dünyasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.