Deputatlarımız Belarusa səfər edəcək

09.10.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Nigar Arpadarai “Vacib söhbət: xoşbəxt ailə güclü dövlət deməkdir” adlı Forumda iştirak etmək üçün oktyabrın 11-də Belarus Respublikasının Polotsk şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, forumda müxtəlif ölkələrin parlamentariləri bir araya gələrək mənəvi dəyərlər və ailə ənənələri ilə bağlı əsas prinsiplər və yanaşmalar ətrafında fikir mübadiləsi aparacaqlar.
Səfər oktyabrın 15-də başa çatacaq.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью