Deputatlarımız Gürcüstana səfər edəcək

11.02.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, işçi qrupunun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində Milli Məclisin komitə sədrləri bu ölkənin ali qanunvericilik orqanında olacaq, Gürcüstan parlamentinin rəhbərliyi və komitə sədrləri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda fikir mübadiləsi aparacaqlar.

Səfər fevralın 13-də başa çatacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью