Deputatların maaşı artırılır ÖZƏL

02.03.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Milli Məclisin deputatlarının əmək haqları artırılır.

Gununsesi.info-nun xəbərinə görə, yeni qaydalarla əsasən,  deputatların əmək haqları təxminən 40 faiz artımla veriləcək.

Bununla da Milli Məclis üzvlərinin aylıq məvacibi 7 min 455 manat təşkil edəcək.

Bildirilir ki, bu artım Milli Məclisin sədri, müavinləri və komitə sədrlərinə də şamil olunub.

Qeyd edək ki, sıravi deputatların maaşı Milli Məclis  sədrinin əmək haqqının  70 faizi miqdarında müəyyən edilib.

Bu qərarla bağlı müraciət etdiyimiz millət vəkilləri xəbəri nə təsdiq nə inkar ediblər.

Adlarının çəkilməsini istəməyən millət vəkilləri bildirib ki, artımla bağlı şifahi məlumatları olsa da,hələlik bu rəsmiləşməyib.

“Artımın olub-olmamasını son ayın əmək haqqını alanda bilcəyik” deyə millət vəkilləri bildirib.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью