Deputatların pensiya təminatı dəyişir

30.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda keçmiş deputatların pensiya təminatında yeni mexanizmin tətbiqi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirə ediləcək.

Layihə deputatların pensiya təminatında əməkhaqqına bağlı əlavənin əvəzinə aylıq pensiya əlavəsinin tətbiqini nəzərdə tutur. Pensiyanın özü fərdi hesabda toplanmış pensiya kapitalına əsasən hesablanacaq.

Sənədin izahına görə, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin aylıq pensiya əlavəsi konkret vəzifələr üzrə sabit məbləğdə müəyyən ediləcək.

Yeni əlavəni almaq üçün keçmiş deputatın deputat kimi ən azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olmalıdır. Əlavə pensiya yaşına çatmış və ya həmin yaşadək orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə təyin ediləcək.

Məhkəmə hökmü ilə mandatından məhrum edilmiş, yaxud iclaslarda üzrsüz iştirak etmədiyinə görə səlahiyyətlərini itirmiş deputatlar bu hüquqdan yararlana bilməyəcəklər.

Əlavə dövlət büdcəsindən ödəniləcək. Layihədə onun konkret məbləği göstərilmir.

Qanun qüvvəyə minənədək qulluq stajına görə əlavə almaq hüququ yaranmış və əlavə təyin edilmiş şəxslər üçün əvvəlki normalar qorunacaq.
Məsələ səəs qoyularaq birinci oxunuşda qəbul edilib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью