Deputatların sayı artırılmalıdırmı? Fazil Mustafadan şərh

30.01.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, deputatların sayının artırılmasına ehtiyac var.

Gununsesi.info xəbər verir ki, deputat bu barədə mətbuata verdiyi açıqlamada deyib:

“Ölkəmizdə əhalinin sayının 7 milyon olduğu dövrdə də 125 seçki dairəsi üzrə 125 deputat var idi. Əhalinin sayı 10 milyonu ötdükdən sonra da eyni göstəricinin qalması, şübhəsiz, tez-tez mətbuatda bu məsələni aktuallaşdırır ki, deputatların sayının artırılmasına ehtiyac var”.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa saytımıza açıqlama verib.

O bildirib ki, deputatların sayınən artırılması doğru qərar olmazdı”

“Məncə, deputatların sayının artırılması indiki məqamda doğru qərar olmazdı. Yəni 125 deputat sayı bütün bölgələri əhatə edən mahiyyətdədir və əsasən də biz hələ işğaldan azad olunan ərazilərə məskunlaşmanı təmin etməliyik. Ondan sonra bu mövzular barədə bir müzakirə aparmaq olar. İndiki vəziyyətdə işğaldan azad olunmuş ərazilərin tam məskunlaşdırılmadığına görə bu kimi məsələləri hələlik bir versiya hesab edirəm. Bu istiqamətdə fikirlərə də təbii ki, hörmətlə yanaşılmalıdır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью