Deputatların ulduz falı: Əkizlər bürcündə DOĞULANLAR | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Modern.az saytı Milli Məclisin deputatlarının bürclərini araşdırmağa davam edir.
Bu dəfə Əkizlər bürcündə doğulan parlamentarlardan danışacağıq. Astroloqlar tərəfindən ən çox müzakirə olunan bürclərin biri Əkizlərdir.
Zodiakın dəyişkən və hava ünsürünə aid olan bu bürcün nümayəndələri çoxyönlü və çevik olmaqla yanaşı, bəzən də qarışıq düşüncəli və qərarsız olurlar.
Əkizlər bürcünün ən müsbət tərəfi kimi onların yeni informasiyalar öyrənməyə meyilli olduqlarını göstərə bilərik.
Onlar müxtəlif mövzular müzakirə etməkdən və yeni fikirlər üzərində düşünməkdən zövq alırlar.
Əkizlər sürətlə dəyişən vəziyyətlərə uyğunlaşa bilirlər. Onlar ətrafdakıları cəlb etməkdə ustadırlar və sosial mühitdə çox aktivdirlər.
Bu bürcün nümayəndələri yeni ideyalar irəli sürmək və fərqli yanaşmalar tapmaqda çox bacarıqlıdırlar.
Kreativ düşüncələri və yeniliklərə olan maraqları onları yaradıcılıq sahəsində güclü edir. Əkizlər adətən əyləncəli və gülərüz olurlar.
Tam oxu
Xəbəri oxu