Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Modern.az saytı Milli Məclisin deputatlarının bürclərini araşdırmağa davam edir.
Bu dəfə Xərçəng bürcündə doğulan deputatlarından bəhs edirik.
Su elementinə aid olan Xərçəng bürcündə doğulan insanların 6-cı hissləri çox güclü olur.
Bununla yanaşı, onlar qoruyucu və ailəvi dəyərlərə önəm verən şəxslər hesab olunurlar.
Astroloqlar qeyd edirlər ki, Xərçəng bürcünün nümayəndələrinin hissiyat qabiliyyəti çox yaxşı olduğuna görə onların empatiya bacarığı digər insanlardan qat-qat üstündür.
Lakin bununla bərabər, onlar çox həssas olur və bu həssaslıq zaman-zaman "Xərçənglər"i mənəvi böhrana da sala bilir.
Bu bürcün nümayəndələrinin həyatında ailə, ev və sevdikləri çox önəmli yer tutur, onların istəklərini öz istəklərindən üstün tuturlar.