Deputut AZAL rəhbərliyinə təşəkkür etdi

13.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan aviasiyasının inkişafı yalnız sərnişinlərin və uçuşların sayının artması ilə ölçülmür. Bu inkişaf insanların gündəlik həyatında yaratdığı imkanlarla da qiymətləndirilməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat hava gəmisi heyətinin iş və istirahət vaxtının Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun tənzimlənməsini nəzərdə tutan dəyişiklikləri müsbət qiymətləndirib.

O, həmçinin son dövrlərdə Azərbaycan aviasiyasında sərnişin xidmətlərinin təkmilləşdirilməsi və səyahət imkanlarının genişləndirilməsi istiqamətində atılan addımları təqdir edib, AZAL rəhbərliyinə təşəkkürünü bildirib.

R.Nurullayev vurğulayıb ki, aviasiyanın inkişafı üçün münasib qiymətli aviabiletlərin sayının artırılması və vətəndaşlara daha geniş seçim imkanlarının yaradılması vacibdir. Onun sözlərinə görə, insanlar ailələrini ziyarət etmək, təhsil almaq, müalicə olunmaq və işgüzar səfərlərə çıxmaq üçün münasib qiymətlərlə uçmaq imkanına sahib olmalıdırlar.

Deputat marşrut şəbəkəsinin genişləndirilməsinin, rəqabət imkanlarının artırılmasının və qiymət siyasətində sərnişinlərin maraqlarının nəzərə alınmasının vacibliyini qeyd edib:

“Əlçatanlıq yalnız məhdud sayda ucuz biletin mövcudluğu ilə ölçülməməlidir. Daha çox insanın münasib qiymətlərlə səyahət edə bilməsi üçün imkanlar genişləndirilməlidir”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью