Dəqiqələrlə ikinci cərgəni zəbt edən sürücü maşınların yolunu kəsdi VİDEO

02.04.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Cəlil Məmmədquluzadə küçəsində dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Xoşagəlməz mənzərəylə bağlı izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” adresinə videomaterial göndərib. Hadisə aprelin 1-də saat 13:43 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 90-BA-825 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini ikinci cərgədə park edərək hərəkətə mane olub. Şikayətçinin sözlərinə görə, qayda pozan sürücü maşını uzun müddət ərazidə saxlayıb. 

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью