“Der Klassiker”: son mövsümdə rekorda şərik oldu

13.04.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya” Almaniya Bundesliqasının XXIX turunda Dortmund “Borussiya”sı ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, “Der Klassiker” adlanan matçda qalib müəyyənləşməyib – 2:2.

Münhen klubunun hücumçusu Tomas Müller sonuncu dəfə “Borussiya”ya qarşı oynayıb. O, matçda həm də bir məhsuldar ötürmə ilə yadda qalıb.

Müller “Der Klassiker”də ən çox oyun keçirən (29 matç) oyunçu adına şərik olub. Bundan əvvəl Mats Hummels “Bavariya” – “Borussiya” duellərində ən çox oyuna çıxan idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью