Статья не опубликована
Der Spiegel: AfD yenə də Almaniyanın Avropa İttifaqından çıxmasında israrlıdır | Icma.az

Der Spiegel: AfD yenə də Almaniyanın Avropa İttifaqından çıxmasında israrlıdır

29.11.2024

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası seçki proqramında ölkənin Avropa İttifaqından (Aİ) çıxmasını müdafiə edib.

Bu barədə “Der Spiegel” qəzeti sənədin yekun layihəsinə istinadən yazıb.

Sənəddə deyilir: “Biz Almaniyanın Avropa İttifaqından çıxmasını və yeni Avropa icması yaratmasını zəruri hesab edirik”.

Proqramın müəllifləri bildiriblər ki, onlar Aİ-ni “iqtisadi maraqlar qrupu” ilə əvəz etmək niyyətindədirlər. Bundan əlavə, onların fikrincə, “Əsas Qanunun Avropa maddələrinin uyğunlaşdırılması” ilə bağlı referendum keçirilməlidir. Bu məqsədlə partiya konstitusiyadakı bir sıra “Avropa” maddələrinin dəyişdirilməsi ilə bağlı referendum keçirmək istəyir.

Mövsüm

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью