Derbi matçında meydana donuz başı atdılar Video

06.11.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Braziliya A seriyasının 32-ci turunda keçirilən “Korintians” - “Palmeyras” oyununda (2:0) azarkeşlər meydana donuz başı atıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Hadisə derbi matçının 28-ci dəqiqəsində künc zərbəsi yerinə yetirilərkən baş verib. 

“Korintians”un oyunçusu Youri Alberto təpiklə donuz başını meydandan uzaqlaşdırıb.

Daha sonra futbolçu “Globo” nəşrinə hadisə barədə danışıb: “Az qalsın ayağımı sındıracaqdım. Yastıq və ya buna bənzər bir şey olduğunu düşündüm. Donuz başı idi və az qala ayağımı incidəcəkdim”.

Hadisə nəticəsində iki azarkeş saxlanılsa da, onlar günahsız olduqlarını dedikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, hər iki komanda San Paulo şəhərini təmsil edir.

Görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью