Derbi öncəsi Qalatasaray da ciddi itki: “Lill”lə oyunu da buraxacaq

20.10.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qalatasaray"ın hücumçusu Rafael Lean zədə səbəbindən komandasının qarşıdakı vacib matçlarında iştirak etməyə bilər.

Milli.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçunun qasıq nahiyəsində aparılan MRT və digər müayinələr nəticəsində yüngül və orta dərəcəli əzələ gərilməsi aşkarlanıb.

Klubdan bildirilib ki, futbolçunun müalicəsinə başlanılıb. Onun sağlamlıq vəziyyəti gündəlik müayinələr əsasında nəzarətdə saxlanılacaq. Bu səbəbdən Rafael Lean UEFA Çempionlar Liqasında "Lill"lə görüşü buraxacaq. Hücumçunun oktyabrın 26-da "Fənərbağça" ilə keçiriləcək İstanbul derbisində iştirakı isə hələ dəqiq deyil.

Qeyd edək ki, Rafael Lean Türkiyə Super Liqasının VIII turunda "Gənclərbirliyi" ilə qarşılaşmada zədələnib. 1:0 hesabı ilə başa çatan matçda 61-ci dəqiqədə meydana çıxan futbolçu 77-ci dəqiqədə zədə səbəbindən oyunu tərk edib.

Xatırladaq ki, "Qalatasaray" oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Lill"in qonağı olacaq. "Fənərbağça" ilə derbi isə oktyabrın 26-da baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью