Derbi sonrası qalmaqal: Con Duranın sevincinə hüquqi iddia

04.12.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qalatasaray” rəhbərliyi “Fənərbağça”nın kolumbiyalı hücumçusu Con Duranı derbidə vurduğu qoldan sonra nümayiş etdirdiyi sevinc hərəkətinə görə Anadolu Ədliyyəsinə şikayət edib.

Fanat.Az xəbər verir ki, klub futbolçunun davranışının “qanun pozuntusu və təhrikedici hərəkət” kimi qiymətləndirilməsini tələb edir.

Bu barədə məlumatı DHA yayıb.

Xəbərdə bildirilib ki, “Qalatasaray” rəhbərliyi həmin sevincin azarkeşləri qıcıqlandırdığını, təhlükəsizlik baxımından risk yaratdığını düşünür. İstanbuldakı hüquqi prosedurun artıq işə götürüldüyü bildirilir.

Con Duran tərəfi isə mövzu ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью