Derbi üçün biletlər satışda

14.04.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Premyer Liqanın XXXI turu çərçivəsində keçiriləcək “Neftçi” ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən “iTicket.az”-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Aprelin 19-da keçiriləcək görüşə saat 20:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью