Derbidə yeni texnologiya

21.10.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasında prinsipial derbilərdən biri olan “Çelsi” – “Tottenhem” matçında təhlükəsizlik tədbirləri üçün yeni texnologiyadan istifadə olunacaq.

Futbolpress.az xəbər verir ki, London Metropoliten Polisi “Stemford Bric” stadionu ətrafında canlı üztanıma sistemini tətbiq edəcək. Şəhər hüquq-mühafizə orqanları bunu azarkeşlər arasındakı gərginliyi nəzərə alaraq “yüksək riskli matçlar üçün standart təcrübə” kimi qiymətləndirib.

Xüsusi kameralarla təchiz olunmuş furqonlar vasitəsilə keçid edən şəxslərin üzləri real vaxt rejimində analiz ediləcək. Sistem stadiona girişi qadağan olunmuş şəxsləri, ağır cinayətlərə görə axtarılanları və itkin düşənləri müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Bu təşəbbüs İngiltərə Premyer Liqası tərəfindən ayrılan 3,42 milyon funt-sterlinq dəyərindəki xüsusi təhlükəsizlik layihəsinin tərkib hissəsidir. Analoji texnologiya daha əvvəl “Arsenal” – “Tottenhem” derbisində, həmçinin “Mançester Yunayted” – “Everton” görüşündə də sınaqdan keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью