Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi

15.09.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi

“Mançester Yunayted” - “Mançester Siti” matçında (0:1) VAR-da hakimləri Mett Donohyu və Bleyk Antrobus yaxın gələcəkdə “qırmızı şeytanlar”ın oyunlarına təyin olunmayacaq.

QOL.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, hər iki hakim 5-ci turda da Premyer Liqa matçlarına təyinat almayacaq.

Buna səbəb “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın 60-cı dəqiqədə vurduğu qoldan əvvəl baş verən epizodla bağlı VAR qərarıdır. “Pro Ref” hesab edir ki, qoldan əvvəl “şəhərlilər”in futbolçusu Enzo Fernandes ofsaydda olub və oyuna açıq şəkildə müdaxilə edib.

Bildirilir ki, Fernandeşin “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines və qapıçı Sennə Lamensə yaxınlığı onun epizoda təsir etdiyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью