futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb.
Futbolpress.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin İdarə Heyətinin iclasında bildirilib. Klubun ümumi borcu 36 milyard 385 milyon lirədir (1 244 300 000 AZN).
“Fənərbağça” Super Liqada 8 turdan sonra 16 xalla üçüncü sıradadır. Komanda lider “Qalatasaray”dan 3 xal geri qalır.
Çempionatın 9-cu turu çərçivəsində oktyabrın 26-da “Qalatasaray” – “Fənərbağça” derbisi keçiriləcək.