Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Sabah" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bu oyun "Borussiya" ilə matçın hazırlığını baxımdan faydalı oldu?
- Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.
- "Qarabağ" - "Neftçi" matçı ilə bağlı düşüncələriniz necədir?
- Desəm ki, maraqlı deyil, yalan olar. Amma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm.
- Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədir?
- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza qayıtdı. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli oyunçudur. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi, qol ötürməsi etdi. Çempionlar Liqaslında oynaması hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycan ən istedadlı futbolçulardan biridir. Onun peşəkar yanaşması yaxşıdır. Məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.