Derbiyə doğru: sarı sevdalı referi

15.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasında 2026/27 mövsümünün “Qarabağ” ilə “Neftçi” arasındakı ilk derbisi bu həftəsonu baş tutacaq.

Turnir cədvəlinin birinci sırasında qərarlaşan “ağ-qaralar” üçüncü pillədəki “atlılar”ın qonağı olacaq. Hər iki kollektivin aktivində 16 xal var. Lakin qol nisbətinə görə “Neftçi” birinci sırada qərarlaşıb.

Görüşün baş hakimi Kamal Umudlu olacaq. FIFA referisi bu mövsüm Misli Premyer Liqasında 3 oyuna təyinat alıb.

Umuldu “Neftçi”nin birinci turda “Sumqayıt”a qalib gəldiyi matçı idarə edib. Referi həmin görüşdə “kimyaçılar”ın bir futbolçusuna qırmızı vərəqə göstərib. Umudlu matçda 5 dəfə də “sarı”dan istifadə edib. Həmin oyun qalmaqalla nəticələnmişdi. İkinci hissədə iki tərəfin də futbolçuları arasında düşən mübahisədə “Sumqayıt” cəzaya məruz qalmışdı. Lakin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov mübahisəli epizodları şərh edən zaman Umudlunun səhvə yol verdiyini, “Neftçi”nin də bir futbolçusuna “qırmızı” verməli olduğunu qeyd etmişdi.

Kamal Umudlu son olaraq V turda “Sabah” – “İmişli” matçında baş hakim olub. Referi bu oyunda da “qırmızı” ilə diqqət çəkib. O, görüşün sonlarında qonaqların futbolçusunu cəzalandırıb.

FIFA referisi ümumiyyətlə, 3 turda 17 dəfə sarı, 2 dəfə qırmızı vərəqədən istifadə edib.

Umudlu bu mövsüm bir sıra beynəlxalq oyunlara da təyinat alıb. O, dünən İtaliyada keçirilən “Roma” ilə “Real” arasında keçirilən Gənclər Liqası matçında söz sahibi olub. Referi görüşdə 8 sarı vərəqə göstərib.

Umudlu bundan başqa Konfrans Liqasında da bir matçı idarə edib. Referi iyulda baş tutan “Dinamo” (Albaniya) – “Aluminiy” (Sloveniya) görüşündə baş hakim funksiyasını yerinə yetirib. Kamal bu qarşılaşmada 7 “sarı”ya müraciət edib.

Oktyabrın 17-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 19:00-da start veriləcək.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью