Dərəyə aşan avtomobildən sürücü və sərnişin çıxarılıblar

05.04.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb və sürücü ilə sərnişin köməksiz vəziyyətdə qalıblar.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə xəsarət alaraq köməksiz vəziyyətdə qalan sürücü 1969-cu il təvəllüdlü Ələsgərov İlham Yaqub oğlu və sərnişin 1983-cü il təvəllüdlü Şirinov Bəhruz Mikayıl oğlunu dərinliyi təxminən 12 metr olan dərədən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью