Dərhal Rusiya ilə danışıqlara başlayın! Flippotdan çağırış

18.01.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Rusiya ilə danışıqların bərpasına, sanksiyaların ləğvinə və ticarət əlaqələrinin yenidən qurulmasına çağırıb.

Globalinfo.az xəbər verir ki, siyasətçi bu mövqeyini sosial şəbəkələrdə Avropa ölkələrinin hazırkı xarici siyasətini şərh edərkən ifadə edib.

“Gəlin bu ümumi paranoyanı dayandıraq və Rusiya ilə dialoqu bərpa edək. Bu bizim üçün vacibdir. Dərhal danışıqlara başlamalıyıq”, – deyə o yazıb

Filippot daha əvvəl də Fransa Prezidenti Emmanuel Makronun mövqeyini kəskin tənqid edib. Onun fikrincə, Fransa rəhbərliyi ölkənin suverenliyi və müstəqilliyi məsələlərinə daha çox diqqət yetirməlidir.

Siyasətçi hesab edir ki, Paris Ukrayna münaqişəsi, Qrenlandiya ətrafında yaranan vəziyyət və Avropa İttifaqının ümumi siyasəti kimi mövzularda həddindən artıq fəal rol almaqdan çəkinməlidir.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью