Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Gənəgərçək yağı bir çox problemləri həll etmək üçün əla vasitədir.
Bu yağı həmişə əlinizin altında saxlasanız, peşman olmazsınız.
Sağlamolun.az sizə gənəgərçək yağından istifadənin xeyirlərini təqdim edir: Çox yaxşı üz təmizləyicisisdir Əvvəlcə üzünüzü təmizləyin və buxara tutun.
Sonra gənəcərçək yağı ilə masaj edin və yenə buxara tutun. İsti suda islatdığınız pambıqlı bir bezlə üzünüzü silin.
Bezi ara-sıra isti suya salıb üzünüzü beləcə təmizləyin. Sonra üzünüzü soyuq su ilə yuyun ki, məsamələr qapansın.
Saçaları qidalandırır, uzanmasına kömək edir Bu yağı saçlarınıza sürtüb başınızı ləçəklə bağlayın.
Arabir saç qurudan fenlə saçlarınızı isidin. Nə qədər isti olarsa, yağ bir o qədər yaxşı təsir göstərəcək.
Və yaxud ləçəyin üzərində xovlu dəsmal bağlayıb gecədən səhərə kimi saxlasanız daha çox effekt əldə etmiş olarsınız.