Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın

16.11.2024

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Günəşin insan dərisi üçün faydalı tərəfləri ilə yanaşı zərərləri də az deyil.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, günəşin yarada biləcəyi ən böyük təhlükə məhz dəri xərçəngidir.

Bunun üçün mütəxəssislər insanlara bacardıqları qədər günəşdən uzaq olmağı tövsiyə edirlər. Mütəxəssislər bildirir ki, məhz bunun nəticəsidir ki, son zamanlar dəri xərçəngindən əziyyət çəkənlərin sayında artım olub.

Türkiyəli həkimlər bundan başqa, günəşin dəridə digər problemlərə yol açdığını da vurğulayıblar: “Günəş dəridə səthi və yaxud da çox dərin qırışlar, ləkələr yarada bilər. Dəridə müxtəlif ləkələrin yaranmasına səbəb ola bilər. Dərinin tez qocalmasında da günəş şüalarının rolunu danmaq olmaz”.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью