Icma.az, Saglamolun portalına istinadən məlumat verir. Dəriyə qulluqda təbii üsullardan istifadə dərinin cavanlaşmasında təsirli olur.
Kimyəvi məhsullardan uzaq durmağı və dəriyə qulluqunuzu təbii məhsullarla tamamlamağı seçdiyiniz zaman dərinizin hamar, gənc bir görünüş qazanacağını görəcəksiniz.
Sağlamolun.az dəriyə qulluqda istifadə edildikdə dərini 5 il cavanlaşdıran təbii yağları təqdim edir: Arqan yağı: Arqan yağı güclü antioksidantdır.
Arqan yağı dərini zərərli formalaşmalardan qoruyur və dərinizi ehtiyac duyduğu təbii nəmlə təmin edir.
Gecə yatmazdan əvvəl dərinizə az miqdarda arqan yağı sürtsəniz, səhərə qədər dərinizi nəmləndirəcək və sizi sızanaq və qara nöqtə əmələ gəlmələrindən qoruyacaq.
Həmçinin dərinin kollagen istehsalını dəstəkləyərək dərini cavanlaşdırır.
Kokos yağı: Hindistancevizi yağı dərinin təbii nəm balansını bərpa etməyə kömək edən omeqa-3 yağ turşularını ehtiva edir.
Tərkibindəki sağlam yağ turşuları sayəsində dərini ölü dərilərdən təmizləyən hindistan cevizi yağını gecə və yatarkən sürtsəniz, dərinizdəki hüceyrələr səhərə qədər yenilənər.