Dərini “cavanlaşdıran” preparat yaraların sağalmasını sürətləndirdi

24.09.2026

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

 

Alimlər yaşlanmış hüceyrələri hədəfə alan eksperimental preparatın yaşlı siçanlarda dərinin bərpasını əhəmiyyətli dərəcədə sürətləndirdiyini müəyyən ediblər.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

ABT-263 adlı preparat beş gün ərzində dəriyə tətbiq edilib. 24-cü gün preparat verilən yaşlı siçanların 80 faizində yaralar tam sağalıb, müalicə olunmayan qrupda isə bu göstərici 56 faiz olub.

Alimlər vurğulayırlar ki, nəticələr hələ yalnız heyvanlar üzərində əldə edilib və preparatın insanlarda təhlükəsizliyi və effektivliyi sübut olunmayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью