Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Alma sirkəsinin həzm problemlərindən, dəri problemlərinə, kəpəyi azaltmaqdan ürək sağlamlığına qədər bir çox faydaları var.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, alma sirkəsi sağlamlıq üçün faydalı birləşmələri ehtiva edir.
Tərkibindəki maqnezium, kalium və vitaminlər səbəbindən immuniteti gücləndirir və bədənin turşu balansını tənzimləyir.
Şəkər xəstəliyindən əziyyət çəkənlərin qan şəkərini stabilləşdirir.
Alma sirkəsi sinir sisteminə müsbət təsir edir, eləcə də maddələr mübadiləsini sürətləndirərək arıqlama prosesini dəstəkləyə bilər.
Alma sirkəsinin tərkibində antioksidan komponentlər var. Ürək sağlamlığına müsbət təsir göstərir.
Alma sirkəsi su ilə birlikdə istehlak edildikdə mədə fermentlərini tənzimləyə bilər.