Dərini tərtəmiz edən skrab

15.02.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Dərinizi ölü hüceyrələrdən, qara nöqtələrdən təmizləmək üçün vaxtaşırı pilinq etmək məsləhətdir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun üçün bahalı prosedurlara və ya kremlərə ehtiyac yoxdur. Təqdim edəcəyimiz skrab sayəsində dəriniz yenilənəcək, qan dövranı sürətlənəcək.

Lazım olanlar: 

1 ç.q türk qəhvəsi
1,5 x.q zeytunyağı
1 ş.q kakao
yarım ədəd limonun suyu
1x.q şəkər tozu
1 dolu ç.q dəniz duzu

Bütün ərzaqları eynicinsli kütlə alınanadək qarışdırın. Bu skrabı iki həftədən bir istifadə etmək məsləhətdir. Quru dəriyə sahib olan xanımlar zeytun yağının miqdarını artıra bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью